İran körfəzdə neft tankerini ələ keçirib

15:47 - 15 Dekabr 2022 - DÜNYA

İran körfəzdə neft tankerini ələ keçirib Ucnoqta.az xəbər verir ki, bu barədə İranın "Təsnim" xəbər agentliyi məlumat yayıb. İranın Hormozqan əyalətinin məhkəmə sisteminin başçısı Müctəba Qəhrəmaninin verdiyi məlumata görə, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) dekabrın 15-i səhər saatlarında İrən körfəzində neft tankerini ələ keçirib. SEPAH-a bağlı "Təsnim" xəbər agentliyinin məlumatına görə, 330 min litr neft daşıyan tankerin 12 heyət üzvü həbs edilib və barələrində cinayət işinin açılması üçün məhkəmə orqanlarına təhvil verilib. Məlumatda neft tankerinin hansı ölkə və ya şirkətə məxsus olduğu barədə açıqlama verilməyib.

Xəbər xətti