Rusiyada hərbi təyyarə yandı
15:04 - 15 Dekabr 2022 - HADİSƏ
Rusiyada Novosibirsk vilayətində hərbi-nəqliyyat təyyarəsində yanğın olub. Ucnoqta.az xəbər verir ki, An-12BK havada olarkən 4-cü mühərrikində baş verən nasazlıq səbəbindən "Tolmaceva" aeroportuna təcili eniş edib. Mühərrikdə baş verən yanğın təyyarənin qanad hissəsinü bürüyüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.