Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası davam edir.
Ucnoqta.az xəbər verir ki, aksiya iştirakçıları yeni tələblər irəli sürüblər:
- Laçın dəhlizi tam nəzarətə götürülsün;
- Xankəndində sığınacaq tapan erməni terrorçular ərazilırimizi tərk etsinlər;
- DİN-in, FHN-nin, Gömrük İdarəsinin və bu kimi digər Azərbaycan qurumlarının Laçın dəhlizində nəzarət məntəqələri yaradılsın;
- Xankəndində yaşayan Azərbaycan vətəndaşı olan ermənilərə rəsmi Bakının hümanitar yardım göstərmək istəyinin gerçəkləşməsinə imkan verilsin!
Dinc aksiya hazırda davam edir.
Emin