Bu ilin yanvar-noyabr ayında Azərbaycanın qaz ixracı 19 faiz artaraq 20.1 milyard kubmetr təşkil edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə enerji naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, ixracın 51 faizi (10,3 milyard kubmetri) Avropanın, 38 faizi (7,6 milyard kubmetri) Türkiyə, 11 faizi (2,2 milyard kubmetri) sayəsində Gürcüstanın payına düşüb.
Hesabat dövründə TANAP Türkiyəni 5.2 milyard kubmetr qazla təchiz edib..