Rusiyalı sülhməramlılar Laçın yoluna səsgücləndiricilər gətirdi - FOTO

10:54 - 15 Dekabr 2022 - Xəbər

QHT təmsilçiləri və ekofəalların Laçın yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz aksiyası artıq 4 gündür davam edir. 

Ucnoqta.az xəbər verir ki, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyalı sülhməramlılar aksiyanın keçirildiyi əraziyə səsgücləndiricilər gətiriblər. 

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Emin

Xəbər xətti