Bakı-Quba yolunun 98-ci kilometrlitində (Sizyəzən rayonu ərazisindən keçən hissəsində) ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, “Mercedes Vito” markalı avtomobillə TIR toqquşub.
İkin məlumata görə, “Mercedes-Vito”da olan (sürücü daxil olmaqla) 6 nəfər ölüb.
TIR sürücüsü xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Xilasetmə tədbirləri görülür.
APA-nın şimal bürosunun xəbərinə görə, xəsarət alan TIR sürücüsü, 1992-ci il təvəllüdlü Elçin Atayev Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.