Xaçmazda 51 yaşlı qadın intihar etdi

10:00 - 15 Dekabr 2022 - HADİSƏ

Xaçmaz rayonunda 51 yaşlı qadın intihar edib.

"Report"un əldə etdiyi məlumata görə, hadisə dekabrın 14-də rayonun Əbilyataq kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1971-ci il təvəllüdlü Əbdürrəhmanova Nazakət Qayıb qızı yaşadığı evin həyətində özünü asıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti