Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında Zabrat qəsəbəsində qeydə alınıb.
1996-cı il təvəllüdlü Məmmədkərim Cəlilov şirkətlərdən birinə məxsus “Daewo” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini, 1981-ci il təvəllüdlü Samirə Şəfiyevanı vurub.
Ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən piyada orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.