Ukraynada daha iki nəfər gürcü döyüşçü həlak olub.
Bu barədə "Tvpirveli" məlumat verib. Məlumata əsasən, Baxmutda qarşıdurma zamanı bir nəfər gürcüstanlı da yaralanıb. “Ailələri onların həlak olmasını hələ ki, bilmir, ona görə hələlik onların adların açıqlaya bilmərik", - Ukraynada döyüşən gürcülərdən biri deyib.
Məlunat üçün bildirək ki, ölən və yaralananlar barədə məlumat hələ də dəqiqləşdirilir. Baxmut Rusiya-Ukrayna müharibəsi cəbhəsinin ən qaynar nöqtəsidir. Rus qüvvələri bir aydır ki, bu şəhəri ələ keçirməyə çalışırlar.