"Penitensiar Xidmət Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı prosesin bir ay müddətinə təxirə salınmasını xahiş edir”.
Bunu Tbilisi Şəhər Məhkəməsində davam edən prosesdə Penitensiar Xidmətin nümayəndəsi Nika Abramişvili deyib. Onun sözlərinə görə, Penitensiar Xidmətin Saakaşvilinin tibbi sənədləri ilə tanış olması üçün vaxt lazımdır. “Bildiyiniz kimi, dekabrın 9-da ərizə müəllifi əlavə tibbi sənədlər təqdim edib. Sözügedən sənədləri biz növbəti iş günü, dekabrın 12-də məhkəmədən götürmüşük, ona görə də onun öyrənilməsi və işlənməsi lazımdır. Bunun üçün Penitensiar Xidmətə ağlabatan müddət lazımdır. Hesab edirik ki, bu ağlabatan müddət 1 aydır və sənədləri tam öyrənmək və məhkəməyə mükəmməl mövqe təqdim etmək üçün Penitensiar Xidmətə məhz bu müddət lazımdır”, - Nika Abramişvili qeyd edib.
Digər bir tərəfdən isə Mixail Saakaşvilinin vəkilləri onun cəzasının təxirə salınmasını və xaricə müalicəyə göndərilməsini tələb edir. Keçmiş prezidentin işi üzrə hakim Giorgi Arevadze məhkəmə prosesində Mixail Saakaşvilinin müalicə aldığı “Vivamedi” klinikasından göndərilmiş məktubu oxuyub. Məktubda eks-prezidentin daşınmasını məqsədəuyğun hesab edilmədiyi izah edilib . “Məktubunda oxuyuruq ki, bu gündən etibarən Penitensiar Xidmət məhkum Mixail Saakaşvilinin məhkəməyə uzaqdan cəlb olunmasını təmin etmək imkanından məhrumdur", - deyə hakim klinikadan göndərilmiş məktubu təqdim edib.