İranda futbolçu edam cəzasına məhkum edilib

10:10 - 14 Dekabr 2022 - HADİSƏ

"Biz şokdayıq və cəzanın dərhal qaldırılmasını tələb edirik"

İranda “Traktor”un 26 yaşlı keçmiş müdafiəçisi Əmir Rza Nəsr Azadani noyabrın sonunda həbs edilib və daha sonra onun adı edam cəzasına məhkum edilənlər siyahısına düşüb. Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası İranda qadın hüquqlarını və əsas azadlıqlarını dəstəkləyən futbolçunun edam olunacağı ilə bağlı xəbərlərdən şoka düşüb.  “Biz Əmirlə həmrəyyik və onun cəzasının dərhal götürülməsinə çağırırıq”, – deyə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının tvitində deyilir.

Xəbər xətti