Cəlilabadda ikimərtəbəli ev yanıb

09:33 - 14 Dekabr 2022 - HADİSƏ

Cəlilabad rayonunun Sabirabad kəndində ümumi sahəsi 324 m² (hər mərtəbəsi 162 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları, içərisindəki əşyalar 60 m² sahədə və dam örtüyü yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti