Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

08:18 - 14 Dekabr 2022 - HADİSƏ

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, qəza Ceyhun Səlimov küçəsində qeydə alınıb. “Toyota” markalı minik avtomobilini idarə edən sürücü körpünün altında manevri edərkən dönmə işığından istifadə etməyib. Nəticədə eyni istiqamətdə hərəkətdə olan digər “Kia” markalı minik avtomobili ona çırpılıb. Zərbənin təsirindən “Toyota” yol ötürücüsünün dirəyinə dəyərək dayanıb. Qəza nəticəsində maşınlara ciddi ziyan dəyib, bir nəfər xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtomobillər hadisə yerindən götürülüb. Mübahisəli məqam yarandığı üçün avtotexniki ekspertiza təyin edilib. Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti