Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

03:22 - 14 Dekabr 2022 - DÜNYA

Böyük Britaniya Ukrayna savaşında istifadə üçün Rusiyaya dron göndərdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq edib Böyük Britaniyanın Xarici İşlər Nazirliyi dekabrın 13-də baş icraçı direktor Yusif Abutalebi və Abdullah Mehrabi ilə birlikdə kamikadze dron mühərrikləri təchizatçısı olan "Ouce-fəraze ma do nəfər" (MADO) adlı şirkət və SEPAH-ın Aerokosmik Qüvvələrinin tədqiqat cihadı və özünütəminat təşkilatının rəhbəri Əfşin Xacəfərə sanksiya tətbiq etməsi ilə bağlı bəyanat yayıb. Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, İran istehsalı olan insansız uçaqlar Ukraynada mülki şəxslərə qarşı "amansız hücumlarda” əsas rol oynayıb. Xatırladaq ki, dekabrın 9-da ABŞ İranın beynəlxalq hüquqi öhdəlikləri pozaraq hərbi müttəfiqi olan Rusiyaya yüzlərlə dron göndərməsinə dair məlumat yaymışdı.

Xəbər xətti