Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO

00:09 - 14 Dekabr 2022 - HADİSƏ

Bakının Sabunçu rayonunda yol qəzası zamanı sürücü yaralanıb.

APA xəbər verir ki, qəza Bakıxanov qəsəbəsində, General Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.

“Hyundai” markalı minik avtomobilinin sürücüsü qəfildən əyləcdən istifadə edib. Bu zaman eyni istiqamətdə olan digər 2 “Toyota” markalı avtomobil ona çırpılıb. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib. 1 nəfər xəsarət alıb.

Əraziyə çağırılan yol patrul xidmətinin əməkdaşları avtomobillərin yoldan kənarlaşdırılmasını təmin ediblər. Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Araşdırma aparılır.


Xəbər xətti