Samuxda 19 yaşlı qız dəm qazından zəhərlənərək öldü

19:39 - 13 Dekabr 2022 - HADİSƏ

Samux rayonunda zəhərlənmə faktı qeydə alınıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.

2003-cü cü il təvəllüdlü Jalə Məhərrəmova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Qadın xəstəxanaya çatırılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti