Xəzərdə balıqçılar suya düşdü - Ölən var

15:40 - 13 Dekabr 2022 - HADİSƏ

Xəzər dənizində balıq tutmaq istəyən şəxs batıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dənizin Xaçmaz rayon sahillərində baş verib.

Belə ki, balıq tutmaq üçün dənizə gedən 4 nəfər suya düşüb. Onlardan üçü xilas olsa da, digəri batıb. Hadisə zamanı xilas olan 3 nəfər onun meyitini sudan çıxarıb.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti