Paşinyan Təhlükəsizlik Şurasını topladı
13:19 - 13 Dekabr 2022 - DÜNYA
Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib. Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti xəbər verir.
İclasda Təhlükəsizlik Şurasının üzvlərindən başqa, prezident Vaaqn Xaçatryan, parlamentin sədri Alen Simonyan, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan, hakim parlament fraksiyasının rəhbəri Hayk Konjoryan iştirak ediblər. Görüş zamanı müzakirə mövzusu regionda, xüsusən də Laçın dəhlizində vəziyyət olub.