Şəmkirdə 1 nəfərin xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan Bakı şəhərinin "113" xidmətinə məxsus təcili tibbi yardım avtomobili aşıb. Qəza zamanı təcili tibbi yardım avtomobilinin sürücü xəsarət alıb.