Məşhur bəstəkar vəfat etdi

11:19 - 13 Dekabr 2022 - DÜNYA

Amerikalı bəstəkar Andcelo Badalamenti 85 yaşında dünyasını dəyişib.

Bu barədə “Hollywood Reporter” nəşri bəstəkarın qohumuna istinadən bildirib.

O, Pol Makkartni, Devid Boui, Nina Simon, Şirli Bessi, Patti Ostin və s. məşhur  musiqiçilərlə əməkdaşlıq edib.

Bəstəkar 70-dən çox film və teleserial üçün mahnı yazıb. “Qremmi”, “Müstəqil Ruh” və “World Soundtrack Award” mükafatlarına layiq görülüb.///qafqazinfo

Xəbər xətti