Bakının Suraxanı rayonunda 52 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçən 1970-ci il təvəllüdlü Kərimova Nailə Adil qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.