Qəzada xəsarət alan tibb bacısı xəstəxanada öldü

22:11 - 12 Dekabr 2022 - HADİSƏ

Göygöl rayonunda avtomobil qəzası zamanı ağır xəsarət alan qadın bu gün xəstəxanada dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Aişə Hacıyeva müalicə aldığı Gəncə Beynəlxalq Xəstəxanasında vəfat edib.
Qeyd edək ki, mərhum həmin xəstəxananın reanimasiya şöbəsində Baş tibb bacısı işləyib.

Xatırladaq ki, hadisə dekabrın 1-də Göygöl rayonunun Yeni Zod kəndindən rayon istiqamətində gedən yolda qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər hadisə yerində ölüb, 4 nəfər isə xəsarət almışdı.

Xəbər xətti