Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə daha 321 hektar ərazini minadan təmizləyib.
ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, dekabrın 5-dən 10-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1, tank əleyhinə 3 mina və 47 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
271 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.