İranda etiraz aksiyasının iştirakçısı Məcdidreza Rəhnavərdi edam edilib. İstintaqın məlumatına görə, o, Bəsic zabitləri (İran hərbiləşdirilmiş milisləri) Hüseyn Zeynalzadə və Daniyal Rezazadəni bıçaqla ölümcül yaralayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. O, İranın şimal-şərqindəki Məşhəd şəhərində ictimaiyyət qarşısında edam edilib. Məhkəmə noyabrın 29-da nümayişçini "Allaha düşmənçilik"də ittiham edərək barəsində ölüm hökmü çıxarıb.
Qeyd edək ki, etiraz aksiyası zamanı həbs olunanlar arasında ilk edam dekabrın 8-də həyata keçirilib. İttihama görə, 23 yaşlı reper Möhsün Şəkəri xidməti vəzifəsini yerinə yetirən Bəsic zabitini bıçaqlamaqda və onu öldürmək niyyətində ittiham olunub. Bundan əlavə, o, Tehranın Səttar Xan rayonunda küçəni bağlamaqda ittiham olunurdu. İran İnqilab Məhkəməsi bu gənci də “Allaha düşmənçilik”də təqsirli bilib.
Pünhan