Qaxda bir ailənin 5 üzvü zəhərlənib.
Ucnoqta.az xəbər verir ki, zəhərlənənlər xəstəxanaya yerləşdirilib. Belə ki, 1958-ci il təvəllüdlü Xanım Xəlilova, 1982-ci il təvəllüdlü Məhəmməd Xəlilov və Günay Mahmudova, eləcə də 2 azyaşlının kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi ehtimal olunub.
Faktla bağlı araşdırma aparılır.