Gəncədə silahlı İNSİDENT: İki nəfər yaralanıb, ölən var

21:35 - 11 Dekabr 2022 - HADİSƏ

Gəncə şəhərində kütləvi dava olub.

"Report"un məlumatına görə, şəhər ərazisində kütləvi dava zamanı "5 açılan" silahdan açılan atəş nəticəsində 1980-ci il təvəllüdlü Məmmədov Əli ölüb.

Daha iki nəfər - Bayramov Kamal (1986) və Niyazi Bayramov (1994) bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. 

Hadisənin tərəflər arasında olan borc pul üstdə baş veridyi deyilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Xəbər xətti