Şəmkirdə 29 yaşlı qadın intihara cəhd edib

10:10 - 11 Dekabr 2022 - HADİSƏ

Şəmkir rayonu Keçili kənd sakini 1991-ci il təvəllüdlü N.Qurbanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, qadına tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, qadın ailədə mübahisə etdikdən sonra sirkə turşusu içib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti