Bakıda məşhur şirkətdə yanğın

09:33 - 11 Dekabr 2022 - HADİSƏ

Bakı şəhərinin Binəqədi rayonunda “Uzun Ömür Süd Məhsulları" MMC-nin ərazisində ümumi sahəsi 80 m² olan tikilinin dam örtüyünün taxta atmaları, içərisində 1 ədəd transformator, 1 ədəd generator və əşyalar (şüşə qablar, plastik taralar və.s) yanıb, bitişik ümumi sahəsi 100 m² olan talvarın lambirdən ibarət tavanı əriyib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ərazidə olan digər sexlər və anbar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti