Yolka quran 12 yaşlı qız 6-cı mərtəbədən yıxılaraq öldü

08:58 - 11 Dekabr 2022 - HADİSƏ

Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

APA xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb. Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş. Həmin vaxt o, pəncərədən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbər xətti