Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinin ilk oyunu keçirilib.
Ucnoqta.az xəbər verir ki, günün ilk oyunu olan Xorvatiya və Braziliya yığmaları arasında qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb. Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə 30 dəqiqə oynanılıb.
Qarşılaşmanın 105+1-ci dəqiqədə Neymar Braziliya millisini önə keçirib - 1:0. Əlavə olunmuş vaxtın ikinci hissəsində Petkoviçin qolu ilə xorvatlar hesabı bərabərləşdirib 1:1.
Oyun bu hesabla da başa çatıb.
Qalibə penaltilər seriyasında aydınlıq gəlib. Belə ki, Xorvatiya millisi penaltilərdə daha dəqiq olaraq yarımfinala yüksəliblər.
9 dekabr
DÇ-2022
1/4 final mərhələsi
19:00. Xorvatiya - Braziliya - 1:1, Penaltilər seriyası - 4:2
Qollar: Neymar, 105+1 (0:1), Petkoviç, 117 (1:1)
Baş hakim: Maykl Oliver (İngiltərə)
"Edyukeyşn Siti" stadionu
Emin