Masallı sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb

21:17 - 9 Dekabr 2022 - HADİSƏ

Lerik sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

Ucnoqta.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 9-da saat 20 radələrində Lerik rayonu Vamazqon kəndində Masallı rayon sakini 1975-ci il təvəllüdlü Ədalət Şiriyevin ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

Hadisənin Lerik rayon sakini 1977-ci il təvəllüdlü Əmir Litfiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir.

Polis və prokurorluğun əməliyyat-axtarış, əməliyyat-istintaq qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır.

Xəbər xətti