Xameneyinin bacısına hökm oxundu

17:39 - 9 Dekabr 2022 - DÜNYA

İranın ali rəhbəri Seyid Əli Xameneyinin bacısı qızı Fəridə Muradxani xüsusi ruhani məhkəməsi tərəfindən mühakimə edilərək 15 il müddətinə həbs cəzasına məhkum edilib.

Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, bunu Muradxaninin vəkli Məhəmməd Hüseyn Ağasi dekabrın 9-da özünün "Tvitter" hesabında bildirib.

Onun sözlərinə görə, məhkəmə müvəkkilini ruhani olmamaqda ittiham edib.

Qeyd edək ki, İran İslam Respublikasının rəhbəri Əli Xameneyinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani çərşənbə günü, noyabrın 23-də həbs edilib.

Xəbər xətti