Messinin "Barselona"ya qayıtmaq fikri yoxdur

17:07 - 9 Dekabr 2022 - İDMAN

Lionel Messi gələn yay “Barselona”ya qayıtmayacaq. 

 “El Nacional” xəbər verir ki, Argentina millisinin kapitanı nəhayət, özü üçün İspaniyada karyera variantını bağlamaq qərarına gəlib.

Hücumçu artıq Kataloniya nəhənginin nümayəndələrini bu komandaya qayıtmamaq barədə son qərarı ilə bağlı məlumatlandırıb.

Eyni zamanda, hücumçu karyerasını davam etdirmək üçün sadiq qalacağı növbəti variantları artıq özü üçün düşünüb. Onlar millinin Qətərdəki dünya çempionatındakı nəticələrindən asılı olacaq.

Leonun planı son dərəcə sadədir - o, dünya çempionatında qalib gələ bilsə, gələn yay Amerikanın MLS klubu "İnter Mayami" ilə müqavilə imzalayacaq. Əks halda o, PSJ ilə müqaviləsini bir il uzadacaq.

Xatırladaq ki, bundan əvvəl PSJ-nin rəhbərliyinin Messini Parisdə qalmağa razı saldığı məlum olmuşdu.///lent.az

Xəbər xətti