Aftandil İsrafilov palataya köçürüldü

15:07 - 9 Dekabr 2022 - Cəmiyyət

Dekabrın 2-si axşam saatlarında xəstəxanaya yerləşdirilən tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun vəziyyəti yaxşılığa doğru irəliləyir.

Bu barədə Oxu.Az-a Xalq artistinin həyat yoldaşı Zemfira İsrafilova məlumat verib.

Onun sözlərinə görə, ifaçı artıq palataya yerləşdirilib:

“Bir neçə gün reanimasiyada qaldıqdan sonra vəziyyəti yaxşılaşıb. Palataya yerləşdirilib”.

Z.İsrafilov qeyd edib ki, həkimlər analizlə bağlı açıqlama verməyə qoymurlar:

“Diaqnozla bağlı açıqlama verə bilmirik. Səhhəti getdikcə yaxşılığa doğru irəliləyir. Hər şey yaxşı olacaq. Buna inanıram”.

Qeyd edək ki, Aftandil İsrafilov dekabrın 2-si axşam saatlarında təcili xəstəxanaya yerləşdirilib.

 

Xəbər xətti