DİN-dən Bəxtiyar Hacıyevin saxlanılması ilə bağlı AÇIQLAMA (YENİLƏNİB)

İctimai fəal Bəxtiyar Hacıyevin saxlanılmasının səbəbi məlum olub.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün  məhkəməyə göndərilib.

14:21

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.

O bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: “Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Məhkəməsinə aparılır”.

 

Tarix
9 Dekabr 2022 [15:00]
Müəllif
Üç nöqtə
2022-12-09 15:00:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin