Daha bir azərbaycanlı Ukraynada həlak oldu

13:14 - 8 Dekabr 2022 - HADİSƏ

Ukraynada davam edən qanlı müharibədə daha bir Gürcüstan əsilli Ukrayna vətəndaşı həyatını itirib.

Ucnoqta.az xəbər verir ki, həmin şəxs əslən Bolnisi bələdiyyəsinin Faxralı kəndindən olan 1993-cü il təvəllüdlü Bayramov Ruslan Hüseynqula oğludur.

Luqansk vilayətində yaşayan Ruslan Bayramov Ukrayna Silahlı Qüvvələrinin 59-cu (OMBRr) radio-kəşfiyyat taqımı filialının operatoru kimi xidmət edib. O, oktyabrın 6-da Nikolayev vilayətinin Ternovıy Podı rayonunda Rusiya tərəfinin hücumu nəticəsində həyatını itirib.

Ruslan Bayramov Haysın şəhərindəki qəbiristanlıqda hərbçilərin və yerli əhalinin iştirakı ilə dəfn edilib.
Məlumat üçün onu da bildirək ki, hal-hazırda Ruslan Bayramovun valideynlərinin yaşadığı ərazi işğal altındadır.

Pünhan

Xəbər xətti