Biləsuvar rayonunun Xırmandalı kəndində baş verən güllələnmə hadisəsinin bəzi təfərrüatları məlum olub.
Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, rayonun Xırmandalı kəndində baş verən qətl qisas məqsədi ilə törədilib.
Eyni zamanda qətlin motivində bir intihar məktubunun izi də üzə çıxıb. Belə ki, kənd sakini, 37 yaşlı Kazımov Cavad Eynulla oğlu həmkəndlisi, 40 yaşlı Mehtun Qarayevə zəng edərək onu yaşadığı evinin yaxınlığına çağırıb. Qısa söhbət sonrası Cavad həmkəndlisinin baş və bel nahiyəsinə ov silahından atəş açaraq, onu qətlə yetirib. Onlar arasında ədavət 8 il əvvəldən yaranıb. Hadisəni törədən Cavad Kazımovun bacısı 2014-cü ildə intihar edib və ölümündən əvvəl məktub yazaraq intiharının səbəbkarı kimi Mehtunun adını qeyd edib.
Ailələr arasında yaranan və uzun sürən ədavət Cavad Kazımovun Mehtundan qisas alması ilə nəticələnib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və davam edir.
Qeyd edək ki, mərhum Mehtun Qarayev qəssab kimi fəaliyyət göstərib. Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib və ondan cinayət aləti olan ov silahı aşkar olunaraq götürülüb.
09:44
Biləsuvar rayon sakini həmkəndlisinə başından atəş açaraq onu qətlə yetirib.
"Report"un əldə etdiyi məlumata görə, hadisə dekabrın 8-i saat 3 radələrində rayonun Xırmandalı kəndindəki küçələrdən birində baş verib.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Kazımov Cavad Eynulla oğlu həmkəndlisi, 1982-ci il təvəllüdlü Qarayev Mehtun Ramiz oğluna zəng edərək onu yaşadığı evinin yaxınlığına çağırıb.
Daha sonra qısqanclıq zəmnində onun baş və oma nahiyəsinə ov silahından atəş açaraq qətlə yetirib.
Məlumata görə, onlar arasında ədavət 8 il öncə yaranıb.
Mərhum M.Qarayev qəssab kimi fəaliyyət göstərirmiş.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə istintaq davam edir.