Usta faciəli şəkildə öldü

16:07 - 7 Dekabr 2022 - HADİSƏ

İmişlidə bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə İmişli bazarında qeydə alınıb.

Rayonun Cahar kənd sakini, 1983-cü il təvəllüdlü Eyvazov Mirbalaş Mircəlal oğlu bazarda təmir işləri görərkən çardaqdan yıxılıb.

O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti