“Aztelekom”un baş direktorunun işdən çıxarılması xəbərinə münasibət bildirib - RİNN

15:54 - 7 Dekabr 2022 - Xəbər

“Aztelekom” MMC-nin Baş direktoru Klaus Muellerin işdən çıxması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Klaus Mueller hazırda “Aztelekom” MMC-nin Baş direktoru olaraq fəaliyyətini davam etdirir.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə “Aztelekom” MMC-nin baş direktorunun vəzifəsindən azad edilməsilə bağlı xəbər yayılmışdı.

 

Xəbər xətti