Yataqların qeyri-qanuni işlənməsinə imkan verilməyəcək - Sülhməramlılara xəbərdarlıq edildi

Monitorinq qrupu Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələrdə normal şəraitdə baş tutdu.

Bunu APA-nın Şuşaya ezam olunmuş xüsusi müxbirinə İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov bildirib.

Onun sözlərinə görə, monitorinq qrupu aidiyyəti üzrə fikirlərini bildirib və təkliflərini təqdim edib.

Nazirlik nümayəndəsi qeyd edib ki, təbii ehtiyatların qanunsuz istismarına, yataqların qeyri-qanuni işlənməsinə imkan verilməyəcək.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri başa çatıb. Monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutub.

Tarix
7 Dekabr 2022 [13:29]
Müəllif
Üç nöqtə
2022-12-07 13:29:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin