Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubuna keçəcəyi ilə bağlı xəbərləri təkzib edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Portuqaliyanın Record nəşri xəbər verib. Nəşrin məlumatına görə, Qətərdə keçirilən dünya çempionatında Portuqaliya millisi ilə İsveçrə yığması arasında keçirilən oyundan sonra hücumçu jurnalistlərin suallarını cavablandırıb və deyib: “Xeyr, bu doğru deyil”.
Nəşr qeyd edir ki, görüşdən sonra Ronaldu cəmi iki qısa şərh verib: o, “Əl-Nəsr”ə keçidi inkar edib və 82 yaşlı Peleyə güc və sağlamlıq arzulayıb.
Qeyd edək ki, Ronaldonun yanvarın 1-dən Səudiyyə klubunun futbolçusu olacağı haqda məlumatı dekabrın əvvəlində "Marca" qəzeti yayıb. Nəşrin məlumatına görə, müqavilə ilə hücumçu mövsümdə 200 milyon avroya qədər qazanc əldə edəcəkdi. Bundan başqa, yüksək maaşla yanaşı, böyük reklam gəlirləri də nəzərdə tutulurdu.
Ronaldu beşqat "Qızıl top"un qalibi, beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionudur. O, "Mançester Yunayted", "Sportinq", "Real Madrid" və "Yuventus"da da oynayıb.
Pünhan