“DSX-nin Akademiyasının yerləşdiyi prospektdə hərəkət nizamlanır” - DYP

20:00 - 6 Dekabr 2022 - Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının yerləşdiyi Gəncə prospektində hərəkət tam nəzarətdədir və yol nizamlanır.

Bu barədə Ucnoqta.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

Qeyd edək ki, dekabrın 6-da DSX-nin Akademiyasının əsas korpusunda yanğın baş verib. Yanğın qısa zamanda söndürülüb.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə gəlib.

 

Xəbər xətti