Bakıda hoteldə yanğın olub

15:45 - 6 Dekabr 2022 - HADİSƏ

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 3888 m² olan altımərtəbəli otel binasının çardağının taxta atmaları və izolyasiya qatı 20 m² sahədə yanıb.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər xətti