Ermənistan bankları Qarabağda xidmət edən hərbçilərə kredit verməyi dayandırıb
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş müşaviri Akop Çaxaryan "Facebook" səhifəsində yazıb.
"Banklar Qarabağda xidmət edən zabitlərin ipoteka kreditlərinə xidmət göstərməyi dayandırıb" - o, qeyd edib.
Qeyd edək ki, Ermənistan rəsmiləri Qarabağda bu ölkənin hərbçilərinin olmadığını iddia edirlər. Lakin elə bu fakt hələ də Qarabağda erməni hərbçilərinin olduğunu təsdiq edir.
Emin