Türkiyənin “F-16”ları Azərbaycanda - VİDEO

10:30 - 6 Dekabr 2022 - Xəbər

Türkiyənin Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri Azərbaycana gəlib

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sosial şəbəkə səhifəsində görüntülər paylaşılıb. Təyyarələrin Azərbaycanda keçirilən Türkiyə-Azərbaycan birgə təlimlərində iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Emin

Xəbər xətti