Bakıda 28 yaşlı oğlan özünü binanın balkonundan atıb.
Ucnoqta.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə dekabrın 5-i saat 10 radələrində paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Bəşirov Hidayət Kərim oğlu 20 mərtəbəli binanın 6-cı mərtəbəsinin balkonundan özünü aşağı ataraq intihara cəhd edi. O, aldığı kəllə beyin travması, döş qəfəsinin əziyi, sağ bud sümüyünün sınığı xəsarətləri ilə əlaqədar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.