Azərbaycan Laçın dəhlizində gömrük postu quracaq

17:40 - 5 Dekabr 2022 - Xəbər

Şərti Azərbaycan-Ermənistan sərhədində gömrük məntəqəsi təchiz ediləcək. 

Bu barədə Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin komandanı Andrey Volkov açıqlayıb.

Volkovun sözlərinə görə, Rusiya ilə razılaşdırma əsasında Azərbaycan tərəfi Laçın dəhlizində mini-gömrük postu quraşdıracaq: "Azərbaycan tərəfi ilə razılaşmışıq ki, mini gömrük postu quraq". 

Qeyd edək ki, sözügedən gömrük postu Laçın dəhlizindəki 1 nömrəli  buraxılış məntəqəsində, yəni şərti Azərbaycan-Ermənistan sərhədində yerləşən Həkəri çayı üzərində quraşdırılacaq. 

Müvafiq olaraq, Volkovun göstərdiyi gömrük məntəqəsi Azərbaycanın müvafiq dövlət strukturlarına tabe olacaq.///unikal

Xəbər xətti