“Hər andan həzz alıram” - Messi

12:50 - 5 Dekabr 2022 - Müsahibə

“Təcrübə və yaş hər şeyə fərqli baxmağa vadar edir"

Ucnoqta.az xəbər verir ki, Lionel Messi Argentinanı 2022-ci il dünya çempionatına namizəd hesab edir. Onun müsahibəsini sizə təqdim edirik:

- Argentina yenidən dünyanın ən yaxşı səkkiz komandası arasındadır. Bunu qiymətləndirməyə dəyərmi?
- Bəli. Argentina gücdür, həmişə ən yaxşılar arasındadır. Turnir başlamazdan əvvəl qələbəyə iddialılardan biri olduğumuzu bilirdik. Bunu meydanda sübut etməli idik. Xoşbəxtlikdən, edirik. Ümid edirəm ki, biz bu uğurları davam edəcəyik.

- Özünü necə hiss edirsən?
- Çox sakitəm, turnirdən böyük həzz alıram. Hər andan həzz alıram. Təcrübə və yaş hər şeyə fərqli baxmağa vadar edir. Və indi yaşadığımız o anlardan çox böyük həzz alıram. Onları azarkeşlərlə bölüşmək fürsəti böyük sevincdir. Bunu yaşamaq və insanların Argentinada və burada necə futbolu sevdiyini görmək çox gözəldir. Ümid edirəm ki, bu, mümkün qədər uzun müddət davam edəcək və biz irəliləyə biləcəyik”, - PSJ-də çıxış edən Argentinanın kapitanı deyib.

Pünhan

Xəbər xətti