Ermənistan 10 nəfərin nəşinin qalıqlarını Azərbaycana təhvil verdi

11:18 - 5 Dekabr 2022 - Cəmiyyət

“Dekabrın 1-də Ermənistan Birinci Qarabağ müharibəsində həlak olduğu güman edilən 10 nəfərin sümüklərini Azərbaycan tərəfinə təhvil verib”.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.

Məlumata görə, Ermənistan, həmçinin daha 4 nəfərin basdırıldığı 2 xəritəni Azərbaycana təqdim edib.

Bildirilir ki, Ermənistan 2020-ci ilin 9 noyabrından Azərbaycana 5 xəritə və I Qarabağ müharibəsində həlak olan 140 nəfərin cəsədinin qalıqlarını təhvil verib.

Pünhan

Xəbər xətti