Deputatın həyat yoldaşı vəfat etdi - FOTO

21:44 - 4 Dekabr 2022 - Xəbər

Deputat Jalə Əliyevanın həyat yoldaşı vəfat edib.

Ucnoqta.az xəbər verir ki, deputat bununla bağlı sosial şəbəkədə yazıb.

“Müjganımın atası, Kamranımın, İbrahimimin, Cavidanımın babası, həyatımın 35 ilinin ən yaxın sirdaşı, dostu, yoldaşı Yavuz Onku bu səhər itirdik... Bir az əvvəl qürbətdən aldığımız acı xəbərlə hamımız sarsıldıq... Həyat çox qısa, tale çox amansız... İllər boyu uzaq məsafələrdə yaşadıq... Həsrət heç bitmədi ki... Elə ötən həftə qızı, nəvələri, kürəkəni ilə, bütün qohumlarla, dostlatla Bakıda birlikdə idi... Sanki vida səfərinə çıxmışdı... Ötən 35 ilin onunla birlikdə ömrümüzə, hafizəmizə yazılan qısa anları, qırıq anıları geriyə qalan həyatımız boyu bizimlə birlikdə yaşayacaq, o bizi heç tərk etməyəcək! Nur içində yat, əziz, sevimli Yavuz!”, - deyə qeyd edilib.

Allah rəhmət eləsin!


Xəbər xətti